QİA.AZ xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının dəvətilə, Teatrın 140-cı mövsümünün açılışında iştirak edib. Mövsümün açılışında qonaqlara V.Siqarevin “Şeytan ailəsi” tamaşasının premyerası təqdim olunub.
Qeyd edək ki, tədbirdə daimi nümayəndəliyin əməkdaşları “N” saylı hərbi hissənin əsgər və zabitləri ilə birlikdə iştirak edib.