Bəxtiyar Əsgərov İsveç səfiri ilə görüşüb

İyn22,2021

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov İsveç Krallığının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Kristian Kamillə görüşüb.

Bu barədə “QİA.az”a Nümayəndəlikdən məlumat verilib.

Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafı, birgə mədəni layihələrin həyata keçirilməsi, regionda yaranmış yeni vəziyyət, Zəngəzur dəhlizinin açılması,rəsmi səfərlər və digər maraqlı məsələlər ətrafında müzakirələr aparılıb.

Oxşar Xəbərlər