Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov İtaliya Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Klaudio Taffuri ilə görüşüb.
Bu barədə “QİA.az”a Nümayəndəlikdən məlumat verilib.
Görüşdə iki ölkə arasında bir çox sahədə, xüsusilə, siyasi, iqtisadi, mədəni münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin daha da yüksəldilməsi, qarşıda duran vəzifələr, regional vəziyyət, Zəngəzur dəhlizinin açılması, bir sıra layihələrin həyata keçirilməsi, rəsmi səfərlər və digər maraq doğuran məsələlər ətrafında səmimi müzakirələr aparılıb.