Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Yaponiyanın Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Vada Cuniçi ilə görüşüb.
Bu barədə “QİA.az”a Nümayəndəlikdən məlumat verilib.
Görüşdə iki ölkə arasındakı münasibətlər, o cümlədən, Naxçıvan Muxtar Respublikası ilə iqtisadi əlaqələr, kənd təsərrüfatı, nəqliyyat, yaşıl enerji, elektronika və digər sahələri əhatə edən layihələr, regional siyasi-hərbi vəziyyət,rəsmi səfərlər,qarşıda duran vəzifələr və digər maraq doğuran məsələlər ətrafında səmimi müzakirələr aparılıb.
QARABAĞ İNFORMASİYA AGENTLİYİ