Babək və Şahbuzda yanğın hadisələri baş verib – FOTO

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” Qaynar telefon xəttinə Babək rayonunun Aşağı Uzunoba, Kalbaoruc Dizə kəndlərində otlaq, Şahbuz rayonunun Kolanı kəndində isə yol kənarında quru otlaq sahələrində yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

QİA.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məlumatlarla əlaqədar dərhal Babək və Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunub.

Yanğınlar söndürülərək daha geniş sahələrə yayılmasının qarşısı alınıb.

Oxşar Xəbərlər