Pəhriz saxlayarkən həm də orqanizmin gücünü itirməməsinə diqqət etmək lazımdır. İmmunitet düşməsi bir çox infeksiyaların yaranmasına səbəb ola bilər.
“QİA.az” xarici KİV-ə istinadən xəbər verir ki, pərhiz zamanı ən çox məsləhət görülən qidalardan biri də badamdır.
1. Ürəyin dostudur – aparılan araşdırmalar sübut edib ki, ara yeməklərdə badamla birlikdə digər çərəzləri yemək ürək xəstəliyindən ölmə riskini azaldır.
2. Arıqlamağı asanlaşdırır – badam zəngin və aşağı kalorili pəhriz elementidir. Aşağı kalorili yüksək karbohidratlı pəhriz tətbiq edənlərin 62 faizi çəki itkisinə nail olub.
3. Enerji verir – badam riboflavin (B2 vitamini) ehtiva edir və B2 vitamini enerji istehsalını dəstəkləyir. Ehtiyacınız olan enerjini almaq üçün badam ehtiva edən sağlam yeməklər yeyin.
4. Kaliumla zəngindir – bu mineral ürək əzələlərinin sıxılmasını təmin etdiyi üçün ürək döyüntüsü baxımından həyati əhəmiyyət daşıyar. Kalium qəbul edən insanların sistolik (ən əhəmiyyətli) qan təzyiqi təxminən səkkiz dərəcə azalıb.
5. E vitamini ehtiva edir – E vitamini bədəni sağlam hüceyrələrə zərər verən sərbəst radikalların yaratdığı ziyanlardan qoruyar.