Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq çərçivəsində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirib.

QİA.az xəbər verir ki, bu barədə Dövlət Komissiyasından AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Bakı Ali Neft Məktəbinin prorektoru, Gənclərin Anti-narkomaniya İctimai Birliyinin sədri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun məsul əməkdaşı iştirak edərək tələbələrin antinarkotik dünya görüşünün formalaşdırılması, narkotik vasitələrin istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb. Həmçinin Dövlət Komissiyasının “802” qaynar xəttinin fəaliyyət istiqamətindən, ora olunan müraciətlərin operativ şəkildə aidiyyəti qurumlara yönəldilməsi və xüsusi nəzarətdə saxlanılması barədə məlumat verilib.

Sonda Dövlət Komissiyasının işçi qrupunun hazırladığı “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları tələbələr arasında paylanılıb.

Oxşar Xəbərlər