Bakı Ali Neft Məktəbinin tələbəsi dünyanın nüfuzlu forumlarında iştirak edib – FOTO

May24,2024

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Aqşin Yusifzadə dünyanın nüfuzlu forumlarında iştirak edib. Dünya İqtisadi Forumu və İslam İnkişaf Bankının konfransına qatılan Aqşin Yusifzadə bir müddət əvvəl Səudiyyə Ərəbistanının Kral Abdullah Elm və Texnologiya Universitetində (KAUST) yerləşən “Aramco Araşdırma Mərkəzi”nin təcrübə proqramının qalibi olub.

QİA.az xəbər verir ki, bu barədə BANM-dən AZƏRTAC-a bildirilib ki, Aqşin Yusifzadə Azərbaycandan bu proqramı qazanan yeganə tələbədir. O, üç ay müddətinə Qabaqcıl membranlar və məsaməli materiallar bölməsinə tədqiqat üzrə köməkçi qismində qəbul edilib. Aqşin Yusifzadə Dünya İqtisadi Forumunda Malayziyanın Baş naziri Ənvər İbrahim, Səudiyyə Ərəbistanı Kral ailəsinin nümayəndələri, Fələstinin Baş naziri Məhəmməd Mustafa və Böyük Britaniyanın şahzadəsi Beatris ilə görüşüb. İslam İnkişaf Bankının konfransı çərçivəsində isə BANM-in tələbəsi Maldiv adalarının maliyyə naziri Məhəmməd Şəfəq ilə, Malayziyanın Likvidlik şirkətinin rəhbərliyi ilə görüşüb.

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev Bakı Ali Neft Məktəbinin tələbəsi Aqşin Yusifzadəni bu beynəlxalq tədbirlərdə iştirakına görə təbrik edib.

Oxşar Xəbərlər