Bakı şəhəri “Instagram” sosial şəbəkəsində paylaşmaq üçün 50 ən cəlbedici şəhər sırasında yer alıb.
QİA.AZ-ın məlumatına görə, siyahı “The Big 7 Travel” agentliyi tərəfindən tərtib edilib.
Qeyd olunub ki, Azərbaycanın paytaxtında şəklini çəkib “Instagram”da paylaşmaq üçün uyğun olan məkanların sayı həddən artıq çoxdur:
“Ultramüasir Heydər Əliyev Mərkəzindən tutmuş, 12-ci əsrə mənsub İçərişəhərədək Bakı “İnstagram” hesabınızda yerləşdirə biləcəyiniz məkanlarla zəngindir”.
“The Big 7 Travel”in tərtib etdiyi siyahıda birinci yerdə Yaponiyanın paytaxtı Tokio qərarlaşıb.