Bakı kəndlərində iki günə 400 cüdoçu yarışdı – FOTO

Cüdo üzrə Bakı kəndləri birinciliyinin qaliblərininə Bakı Abadlıq Xidməti tərəfindən dəyərli hədiyyələr təqdim olunub.

13-14 aprel tarixlərində keçirilən cüdo üzrə U-13 kiçik yaşlı yeniyetmələr arasında Bakı kəndləri birinciliyi başa çatıb. Gənclər və İdman Nazirliyi, Bakı Abadlıq Xidməti və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışa Bakı kəndlərinin müxtəlif klub, cəmiyyət və idman təşkilatından 400-ə yaxın cüdoçu qatılıb. Turnirin hər iki günündə iştirakçılar yüksək performans nümayiş etdiriblər. Yarışda qızlar və oğlanlar arasında 20 çəki dərəcəsində qaliblər bəlli olub. Qalib idmançılara Bakı Abadlıq Xidməti tərəfindən velosipedlər təqdim edilib və bütün medalçılara pul mükafatı verilib.

Bakı Abadlıq Xidmətindən bildirilib ki, birinciliyin keçirilməsində məqsəd Bakı kəndlərində cüdo idman növünün təbliği və inkişaf etdirilməsi, yeniyetmələrin sağlam həyat tərzinə cəlb edilməsi, perspektivli cüdoçuların müəyyən olunmasından ibarətdir.

Qeyd edək ki, Bakı Abadlıq Xidməti Bakı kəndlərində yeniyetmələrin idmana cəlb edilməsi məqsədilə mütəmadi yarışlar təşkil edir. Belə yarışlardan biri də BAX-ın Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi Bakı kənd və qəsəbələrinin uşaqları arasında minifutbol turniridir. Hazırda davam edən turnirdə 32 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları səkkiz qrupda mübarizə aparır. Böyük marağa səbəb olan turnirin final oyunu 9 mayda keçiriləcək.

Oxşar Xəbərlər