Bakı klubundan ayrılan futbolçu ölkəsində çıxış edəcək

Dek12,2020
Bakı klubundan ayrılan futbolçu ölkəsində çıxış edəcək

“Zirə”dən ayrılan futbolçu Alvaro Ampueronun yeni klubu bəlli olub.

“QIA.AZ”məlumatına görə, 28 yaşlı perulu cinah müdafiəçisi karyerasını ölkəsində davam etdirəcək.

Ampuero “Mannuççi” klubu ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, Alvaro Ampuero 2019/2020 mövsümündə “Zirə”nin formasını geyinib. O, qəsəbə təmsilçisinin heyətində 18 matçda meydanda olub.

Oxşar Xəbərlər