Bakı-London-Bakı istiqamətində xüsusi reyslər həyata keçiriləcək

İyn11,2021

Bu gün və iyunun 17-də Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçiriləcək.

“QİA.az” xəbər verir ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərinin yerinə yetirilməsinə bu gündən etibarən başlayır.

Uçuş bu gün Bakıdan Londona saat 12:30-da həyata keçiriləcək, təyyarə gecə 3:30-da Bakıya eniş edəcək. Növbəti reys 17 iyun tarixində həyata keçiriləcək və təyyarə 13:00-da Bakıdan qalxacaq, gecə 3:30-da Bakıya eniş edəcək.

Qeyd edək ki, iyulun 3-də Bakı-London-Bakı marşrutu istiqamətində müntəzəm reyslərin həyata keçirilməsi gözlənilir.

Oxşar Xəbərlər