“Bakı Metropoliteni” QSC-nin hüquq idarəsinə yeni rəis təyin edilib.
“QİA.AZ”ın əldə etdiyi məlumata görə, qurumun sədri Zaur Hüseynovun əmri ilə bu vəzifə Babək İsmayılova həvalə olunub.
O, indiyə qədər həmin idarədə hüquqşünas kimi çalışıb.
“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov xəbəri “Report”a təsdiq edib.
Xatırladaq ki, bu ilin sentyabr ayında hüquq idarəsinin keçmiş rəisi Adil Atakişiyev 2014-cü ildən tutduğu bu vəzifədən azad edilib və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri təyin edilib.