Bakı metrosunda daha bir PROBLEM: Sərnişinlər düşürüldülər

“Neftçilər-Qara Qarayev” mənzilində qatarın qapılarından birinə müdaxilə edilməsi ilə bağlı maşinistin idarəetmə pultuna siqnal daxil olub”.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədovməlumat verib.

O bildirib ki, maşinist stansiyada qatara baxış keçirib problem aşkarlanmasa da, əlavə qaydada qapıların açılıb-bağlanması və təkrar yoxlama aparılıb:

“Xətlərdə intervalların daha da artmaması məqsədilə təkrar yoxlamanın qatar xətdə hərəkət etməklə aparılması qərara alınıb. Sərnişinlər düşürülüb, yolboyu bütün qapılarda xüsusi texniki yoxlamalar aparılıb. Nasazlıq olmadığı üçün qatar “Nərimanov” stansiyasından sərnişinlərlə yoluna davam edib”.

Aytac Qasımova

08:22

“Dərnəgül” – “Həzi Aslanov” metro stansiyaları istiqamətində vaqonun qapısında yaranmış nasazlıq səbəbindən dörd dəqiqəlik yubanma yaranıb.

Bunu Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

“Dərnəgül” – “Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “Elmlər Akademiyası” stansiyasında ikən sonuncu vaqonun qapısında nasazlıq ehtimalı olub və bu səbəbdən maşinist qapıya baxış keçirib. Lakin Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq əlavə baxış keçirilməsinə ehtiyac olduğu üçün sərnişinlər düşürülüb, qatar elektrik deposuna yola salınıb. Əvəzində ehtiyat qatarı verilib, bunun nəticəsində xətdə iki qatar arasında intervaldan əlavə olaraq dörd dəqiqə yubanma yaranıb”, – o qeyd edib.

Oxşar Xəbərlər