Bakı metrosunun Vətən müharibəsində iştirak etmiş əməkdaşlarının sayı məlum olub

Noy5,2021

“Bakı Metropoliteni” QSC-nin kollektivinin 53 nümayəndəsi Vətənin səsinə səs verib cəbhəyə yollanıb, 4 metropolitençi övladı xüsusi qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb”.

QİA.AZ” xəbər verir ki, bu barədə Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədri Arif Mərdanov qurumun 54 illiyi ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

A.Mərdanov həmçinin qeyd edib ki, “Bankı Metropoliteni”n 71 əməkdaşı Vətən müharibəsində iştirak edib:

“Müharibədən sonra isə Zəfər tarixinin yazılmasının iştirakçısı olmuş daha 18 nəfər metropolitençilər cərgəsinə qoşulub. Savaş dövründə metropolitençilərin könüllü olaraq orduya dəstək aksiyalarında fəal iştirak edib”.

Oxşar Xəbərlər