Bakı-Naxçıvan aviareysləri dumana görə gecikir – AZAL

Noy30,2021

Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən Bakıdan Naxçıvana iki reysi gecikir.

AZAL-dan verilən məlumata görə, J2-251 və J2-253 reyslərinin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.

“Aviaşirkətinin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar”, – məlumatda qeyd edilir.

Oxşar Xəbərlər