Bakı-Qazax magistralının Şəmkir rayon ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi olub.
“QİA.az”ın məlumatına görə, hadisə rayonun “Üç yol” deyilən ərazidə qeydə alınıb. Belə ki, “VAZ-2107” və “QAZ-3110” markalı avtomobillərin toqquşması nəticəsində 1 qadın (şəxsiyyəti dəqiqləşdirilir-red) hadisə yerində dünyasını dəyişib, daha 2 nəfər – 1983-cü il təvəllüdlü Kərimov Daşqın Davud oğlu və 1984-cü il təvəllüdlü Kərimov Vüqar Əli oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.