Bakı-Quba yolunda TIR aşıb, magistralda tıxac yaranıb

May22,2021

Bakı-Quba avtomobil yolunda yol qəzası baş verib.

“QİA.az”ın məlumatına görə, hadisə Siyəzən rayonu ərazisində qeydə alınıb.

Belə ki, paytaxt istiqamətində hərəkətdə olan yük maşını (TIR) “KamAZ” markalı nəqliyyat vasitəsilə toqquşub və idarəetməni itirərək aşıb.

Nəticədə magistral yol bağlanıb, böyük tıxac yaranıb.

Hazırda yük maşınının ərazidən götürülməsi və yolun açılması işləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər