Bakı sakini 3 nəfər tərəfindən döyülüb

döymək

Bakıda quldurluq hadisəsi olub.

Bu barədə “QİA.az”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 27-də Hövsan qəsəbə sakini A.Quseyi döyüb mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Quliyev, İ.İzabayeva və A.Bağırov saxlanılıb.

Oxşar Xəbərlər