Bakı-Sumqayıt yolunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
QİA.az “Report”a istinadla xəbər verir ki, avtomobillərin toqquşması nəticəsində yaralanan 1994-cü il təvəllüdlü Səmral Arif oğlu Cəfərov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.