Bakı-Sumqayıt yolunun 2-3 mərtəbəli olması təklif edilir

Bakı-Sumqayıt yolu 6 zolaqlı olsa da, paytaxta çatan hissədə 2 zolaqlı olur və nəticədə sıxlıq yaranır.

QİA.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmələrdə deputat Fəzail Ağamalı bildirib.

“Mən bu gün Milli Məclisə gəlmək üçün saat 8:00-da Novxanıdan yola çıxmışam, 10-a 5 dəqiqə qalmış burada olmuşam. Bu hal isə hər gün yaşanır. Bunun aradan qaldırılması üçün yüngül konstruksiya ilə Yaponiyadakı kimi 2-3 mərtəbəli yollar tikilə bilər”, – deyə o qeyd edib.

“Parklanma məsələsi vaxtilə yol infrastrukturunun qurulmasında yol verilmiş nöqsanlarla bağlıdır. Şəhərdə sıxlığı aradan qaldırmaq üçün şəxsi minik avtomobiləri avtovağzala və yaxud metroya qədər buraxıla bilər. Daha sonra insanlar ictimai nəqliyyatdan istifadə etsin. Bu vaxtilə tətbiq edilmişdi”, – deyə deputat əlavə edib.

Oxşar Xəbərlər