Bakı Təşəbbüs Qrupu və Reyunyon adasının “Ka Ubuntu” təşkilatı arasında memorandum imzalanıb

Bakı Təşəbbüs Qrupu (BTQ) və Reyunyon adasının “Ka Ubuntu” təşkilatı arasında memorandum imzalanıb.

Qia.az xəbər verir ki, sənədi Bakıda “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” mövzusunda keçirilən beynəlxalq konfransda BTQ-nin icraçı direktoru Abbas Abbasov və “Ka Ubuntu” təşkilatının sədri Romain Katambara imzalayıblar.

Bildirilib ki, memorandum praktiki əməkdaşlığı nəzərdə tutur.

Qeyd edək ki, Reyunyon adası BTQ-nin əməkdaşlıq etdiyi 11-ci regiondur.

Oxşar Xəbərlər