Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 7 milyard kubmetri ötüb

İyn14,2021

2021-ci il ilin yanvar-may aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 7,06 milyard kubmetr qaz ixrac edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 44 faiz çoxdur.

QİA.AZ bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə Azərbaycandan nəql edilən qazın 48,3 faizi Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 11,8 faiz artıb.

Yanvar-may aylarında Azərbaycanın magistral kəmərləri ilə 14,6 milyard kubmetr qaz nəql olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz çoxdur.

Oxşar Xəbərlər