Bakı-Tbilisi-Ceyhan kəməri ilə 500 milyon tona yaxın neft nəql edilib

Bu il iyulun 1-nə qədər Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə 488 milyon tondan çox (təxminən 3,66 milyard barel) neft nəql edilib və Ceyhanda 4 796 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

QİA.AZ” bu barədə “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin II rübündə usə BTC vasitəsilə ixrac olunmuş 13 milyon tondan artıq (təqribən 99 milyon barel) xam neft və kondensat 137 tankerə yüklənib və yola salınıb.

Oxşar Xəbərlər