Bakı və Tbilisi arasında qatar reyslərinin bərpası müzakirə olunur

İyn7,2021

Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşınmalarının bərpası ilə bağlı müzakirələr aparılır.

“QİA.az” xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC-dən bildirilib.

Qeyd olunub ki, Tbilisi-Bakı-Tbilisi istiqaməti üzrə sərnişin qatarlarının hərəkəti Azərbaycanın quru sərhədlərini açmasından sonra bərpa ediləcək.

Xatırladaq ki, Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti pandemiya səbəbindən ötən ilin martından dayandırılıb.

Oxşar Xəbərlər