Bakıda 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşüb.
“QİA.az”-ın məlumatına görə, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində qeydə alınıb.
Axşam saatlarında beşmərtəbəli yaşayış binasından daş piltəsi qoparaq həmin binada yaşan 2007-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə düşüb.
Ağır kəllə-beyin travması alan Ş.Əli komaya düşüb.
Respublika Neyrocərrahiyyə Xəstəxanasından verilən məlumata görə, yeniyetmənin vəziyyəti son dərəcə ağırdır.