Bakıda 144 nömrəli marşrut xəttində ödəniş “BakıKart”la olacaq

Sabahdan Bakıdakı 144 nömrəli marşrut xətti (Buzovna qəsəbəsi – Mərdəkan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart”la ödəniləcək.

“QİA.az” bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Xəzər rayonu, Mərdəkan və Buzovna qəsəbələri üzrə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Sergey Yesenin döngə 2;

Baba Əliyev 244;

Yesenin 62;

Mərdəkan 152;

Qılman İlkin küçəsi;

Zuğulba – Həydər Eyvazov küçəsi 1A;

Buzovna qəs – Şüvəlan yolu;

Mustafa Sübhi 2;

Rasim İmanov 24.

Bu, son bir ayda “BakıKart”a inteqrasiya edilən 12-ci marşrut xəttidir.

Oxşar Xəbərlər