Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb

May2,2024

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

QİA.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Səbail rayonu G.Əliyev küçəsi dalan 4, ev 16s ünvanında qeydə alınıb.

Nəticədə evdə yaşayan 1997-ci il təvəllüdlü Viktor Trukin köməksiz vəziyyətdə qalaraq ölüb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.

Oxşar Xəbərlər