Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
QİA.AZ-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Ramana qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü Məmmədova Zoya İldırım qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.