Bakıda 56 yaşlı kişi yol qəzasında ağır xəsarət alıb

İyn13,2021

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“QİA.az”ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1965-ci il təvəllüdlü Hacıyev Rauf Xasay oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona bel fəqərisinin sınığı diaqnozu qoyulub.

Oxşar Xəbərlər