Bakıda adında “Bayraktar” sözü olan yeni şirkətlər yaradılıb

Noy18,2020
Bakıda adında “Bayraktar” sözü olan yeni şirkətlər yaradılıb

İqtisadiyyat Nazirliyi “Bayraktar Medikal və Sanaye” MMC-ni dövlət qeydiyyatına alıb.

“QİA.AZ” xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, ev 104, mənzil 3, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı Muhammed Okan Alcandır.

Bundan başqa, “Bayraktar” MMC də qeydiyyatdan keçib. Bu kommersiya qurumunun isə hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 4, mənzil 35, nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə İlham İslam oğlu Qəribovdur.

Oxşar Xəbərlər