Bakıda anbarda yanğın başlayıb.
QİA.AZ-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi ünvanında anbarda yanğın olması barədə məlumat daxil olub.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
İlkin məlumata görə, yanğının sahəsi təqribən 250 m² təşkil edir. Hazırda yanğınsöndürmə işləri aparılır.