Bakıda asfalt-beton örtüyündə çökmələr qeydə alınıb

Bakı şəhəri, Nizami rayonu Əlif Hacıyev, həmçinin Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçələrində yolun asfalt-beton örtüyündə kiçik çökmələr qeydə alınıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinindən (AAYDA) “QİA.az”a verilən məlumata görə, dərhal sözügedən ərazilərə AAYDA-nın əməkdaşları cəlb edilib.

Məlumata görə, Abbas Mirzə Şərifzadə küçəsində çökmə istilik xəttinin, Əlif Hacıyev küçəsində isə kanalizasiya xəttinin keçdiyi ərazidə baş verib.

Bu üzdən çökmə qeydə alınmış ərazilərə aidiyyəti qurumların əməkdaşları da cəlb olunmaqla hazırda hadisənin səbəbləri aydınlaşdırılaraq qısa müddət ərzində aradan qaldırılması və yolun asfalt-beton örtüyünün bərpası istiqamətində birgə işlər aparılır.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər