Hadisə

Bakıda avtobus qadını vuraraq öldürdü

Bakıda yol qəzası baş verib.

Bu barədə “QİA.AZ”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 8-də saat 7 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Əhmədov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini L.Qəhrəmanovanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Əlaqəli xəbər

Həmçinin oxuyun
Close
Back to top button