Bakıda avtobuslarda koronavirus təhlükəsi – VİDEO

basabas

Bakıda ictimai nəqliyyat sərnişin yükünü qaldırmaqda aciz qalıb. Avtobuslarda sözün əsl mənasında koronavirus da unudulub.

“QİA.az” Xəzər TV-yə istinadən xəbər verir ki, marşrutlara eyni anda 100-dən artıq adam minir.

Əksər sərnişinlər isə avtobuslar dolu olduğu üçün dayanacaqlarda saatlarla gözləməli olurlar. Bəziləri isə əlavə ödəniş edib həyatlarını çoxu qanunsuz işləyən manatlıq taksi sürücülərinə əmanət edirlər. Daşıyıcı şirkətlər isə pik saatlarda sərnişin sayı artdığı üçün xəttə ehtiyat avtobuslar buraxmırlar.

Sürücülər deyir ki, pik saatlarda daşıyıcı şirkətlər intervalı azaltmır. Üstəlik, bu saatlarda sərnişin yükünü qaldırmaq üçün ehtiyat avtobuslar da xətlərə buraxılmır.

QİA.az

Oxşar Xəbərlər