Bakıda avtomobil 10 yaşlı qızı vurub.
“QİA.AZ” xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunun Çiçək qəsəbəsi hissəsindən keçən ərazisində qeydə alınıb.
Məlumata görə, avtomobil yolu keçən 10 yaşlı Fatimə Ağarzazadəni vuraraq ərazidən uzaqlaşıb.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Hazırda 10 yaşlı qızı vurub qaçan sürücü axtarılır.