Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“QİA.az”ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Heydər Əliyev prospektində yolu keçən 1992-ci il təvəllüdlü Xudulov Rəsul İbrahim oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.