Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

QİA.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

“Hyundai” markalı minik avtomobil 45-50 yaşlı, hələlik ad və soyadı naməlum olan şəxsi vurub.

Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Oxşar Xəbərlər