Bakıda avtomobil piyadanı vurdu

Noy26,2020
Bakıda avtomobil piyadanı vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“QİA.AZ”ın məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. Yolu keçən 1972-ci il təvəllüdlü Abdullayev Azad Mirzağa oğlunu minik avtomobili vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Oxşar Xəbərlər