Paytaxt sakininin avtomobilindən qumbara götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “QİA.az“a verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini F.Lazımovun idarə etdiyi “Saipa” markalı avtomobilə baxış zamanı oradan “F-1” markalı qumbara, “UZRQM” tipli partlayıcı və oyuncaq tapança aşkar edilib.