Bakıda Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında təkbətək görüş başlayıb.
“QİA.az” xəbər verir ki, görüş zamanı nazirlər ikitərəfli əməkdaşlığın inkişafını, o cümlədən Qarabağda atəşkəs barədə üçtərəfli bəyanatın imzalanmasından sonra əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə edəcəklər.