Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsindəki 2 saylı beşmərtəbəli binanın yaxınlığından keçərkən başına binanın fasadından daş parçası düşən yeniyetmə vəfat edib.
“QİA.az” xəbər verir ki, 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlu müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə bir həftə əvvəl baş verib.
Fakt üzrə Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.