Bakıda cüdo üzrə Böyük Dəbilqənin açılışı olub

Noy5,2021

Bakıda cüdo üzrə Böyük Dəbilqənin açılış mərasimi keçirilib.

QİA.AZ”ın məlumatına görə, Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan tədbirdə Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev iştirak edib.

Mərasimdə çıxış edən R.Nəbiyev əldə edilən qələbələrdən və idmana diqqətdən danışıb. O, həmçinin təkcə tatamidə deyil, döyüş meydanında da qələbə qazanaraq, 30 il işğalda olan əraziləri azad etdiklərini söyləyib. ACF prezidenti bütün idmançılara ədalətli mübarizə və uğurlar arzulayıb.

Bundan sonra M.Vizer bütün yarış iştirakçılarını salamlayıb. Funksioner COVID-19 problemi üzündən azarkeşlərin iştirak etmədiklərinə təəssüflənsə də, cüdonun təbliğatı baxımından bu yarışı önəmli sayıb. O, daha sonra yarışı açıq elan edib.

Bundan sonra isə Dövlət Himni səsləndirilib.

Oxşar Xəbərlər