Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 73 nömrəli tam orta məktəb distant təhsilə keçib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Buna səbəb məktəbdə 3 şagird və 5 müəllimin COVID-19 infeksiyasına yoluxmasıdır:
“Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 73 nömrəli tam orta məktəbdə əyani tədris 14 gün müddətinə dayandırılıb”.