Bakıda dayanacaqlar günəş enerjisi ilə işıqlandırılacaq

“2020-ci ildə Bakıda 301 avtobus dayanacağı təşkil edilib. Onlardan 100-ü pavilyondur”.

“QİA.az” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

“Son 5 ildə ümumilikdə 791dayanacaq təşkil edilib ki, bunlardan 415 ədədi pavilyondur. Dayanacaqların 40%-i yenilənib, 60%-i isə tam təmir olunub. Gələcəkdə dayanacaqların günəş enerjisi ilə işıqlandırılması nəzərdə tutulur”, – o deyib.

Oxşar Xəbərlər