Paytaxtda ev yandı

Mar4,2024 #yanğın

Bakıda ev yanıb.

QİA.az Trendə istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 160 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar Xəbərlər