Bakıda evlərdən 13 min manatlıq oğurluq edilib

oğurluq

Bakıda evlərdən oğurluq edən şəxslər tutulub.

Bu barədə “QİA.AZ”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də rayon ərazisindəki evlərin birindən 8 000 manat dəyərində məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Qurbanov saxlanılıb.

Bundan başqa, Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də rayon ərazisindəki evlərin birindən 4 400 manat pul və 600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Şirinov saxlanılıb.

Oxşar Xəbərlər