Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
QİA.AZ xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Həsənzadə Ramiyə Rəfael qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Yaralıya kəllə-beyin travması diaqnozu qoyulub.
R. Həsənzadə reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.