Bakıda gözəllik salonunda oğurluq hadisəsi olub.
QİA.AZ _ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.
Belə ki, gözəllik salonundan 600 manat pul, bankomat kartı və şəxsiyyət vəsiqəsi olan pulqabı oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən N.Xəlilova saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan qadın həmin salonda olan digər müştəri R.Qafarovanın nəzarətsiz qalan çantasından pulqabını götürərək oradan uzaqlaşıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.