Bakıda havanın temperaturu 36 dərəcə olub – FAKTİKİ HAVA

İyunun 7-si saat 9:00-a olan faktiki hava açıqlanıb.

QİA.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33-36, Naxçıvan MR-da 35, Aran rayonlarında 35-39, dağlıq rayonlarda 25-29, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək isti olub.

Oxşar Xəbərlər